SƏFIRLIK
AZƏRBAYCAN-İNDONEZIYA ƏLAQƏLƏRI
AZƏRBAYCAN RESPUBLIKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
AZƏRBAYCANLILAR XARİCDƏ
ERMƏNISTAN RESPUBLIKASININ
   AZƏRBAYCAN RESPUBLIKASINA
   QARŞI TƏCAVÜZÜ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
BEYNƏLXALQ TERRORÇULUQ :
   ERMƏNİ TERRORÇULUĞU
KONSULLUQ XİDMƏTİ
YENİ NƏŞRLƏR
PRES RELIZLƏR
İNTERNET SƏHİFƏLƏRİ



Tarix

1. Qədim Azərbaycan

Alimlər Azərbaycanın Qafqaz dağlarının ətəklərindən tutmuş Xəzər sahilləri boyunca İran yaylasına qədər uzanan və Azərbaycan türkləri ilə məskunlaşmış bir əraziyə daxil olduğunu hesab edirlər.

Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində Azərbaycanda ilk sinifli cəmiyyət yaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünü büruzə verir. Elə bu zaman qədim tayfa ittifaqları Aratta, Lullubi (eramızdan əvvəl 2300-cü ildən etibarən) və Kuti (III minilliyin 2-ci yarısında) dövlətlərini formalaşdırır. Eramızdan əvvəl 2175-ci ildə Kutilər Şumer və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər.

Eramızdan əvvəl IX əsrin ortaları - VII əsrlərdə Urmiya gölü ərazisində idarəçiliyi  Manna ələ aldı. Eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sak şahlığı təşəkkül tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.

Azərbaycan tarixində eramızdan əvvəl 520-ci ildə ölkənin cənubunda yaranan və qədim ellinizmin böyük təsirinə məruz qalan Atropatena dövləti də mühüm rol oynamışdır.

Eramızdan əvvəl  IV əsrin sonu III əsrin əvvəlləri Azərbaycanın şimalında cənub sərhədləri Araz cayından kecən  Qafqaz Albaniyası dövləti yaranmışdı. İşğalçılara qarşı müvəffəqiyyətlə mübarizə aparan bu dövlət bizim eradan əvvəl 66-cı ildə romalilar tərəfindən süquta yetirilmişdi. Albaniya xalqı bir sıra başqa yanaşı əksəriyyəti türk dilində danışan xalqlardan ibarət idi.


2. Azərbaycan orta əsrlərdə

Ərəblərin müdaxiləsindən sonra Azərbaycanda İslam dini VIII əsrin əvvəllərindən başlayaraq hakim dinə çevrildi.

IX əsrdə Azərbaycan ərazisində bir neçə yeni dövlət yarandı. Bunlardan ən güclüsü paytaxtı Şamaxıda yerləşən və Məzyədilər sülaləsi tərəfindən idarə olunan Şirvanşahlar dövləti idi. XVI əsrə qədər yaşayan bu dövlət orta əsr Azərbaycan tarixində böyük rol oynamışdır. IX-XI əsrlərdə Azərbaycan ərazisində Sacilər, Salarilər, Rəvvadilər (paytaxtları Marağa, Ərdəbil və Təbriz şəhərləri olmuşdur), Şəddadilər (paytaxtı Gəncə şəhəri olmuşdur) kimi müstəqil dövlətlər yaranmışdır.

XI əsrin sonlarından etibarən Azərbaycanda idarəçiliyi Səlçuqilər sülaləsi ələ almışdır. 1136-1225-ci illərdə Azərbaycanda hakimiyyətdə Atabəylər-Eldəgizlər olmuşdur.

Yerli əhalinin eyni dinə (İslam), dilə (türk) və mənşəyə malik olmaları Azərbaycan xalqının birləşməsi və möhkəmlənməsi üçün XI – XIIəsrlərdə münbit şərait yaratmış oldu. Bu dövr Azərbaycan mədəniyyəti tarixində çiçəklənmə dövrü hesab edilir. Məhz bu dövrdə Azərbaycan dünya tarixinə məşhur filosoflar, memarlar, şairlər və alimlər bəxş etmişdir. Dünya mədəni irsinin böyük xəzinələrindən olan şair, filosof Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı bu dövrdə Azərbaycanın ictimai və mədəni şüurunda böyük irəliləyişə səbəb olmuşdur.

XIII əsrin ortalarından etibarən Azərbaycan dövlətləri Monqol Hülakilər sülaləsinin (1258-1356) vassalına çevrildilər. XIV əsrin ortalarında yerli əhalinin işğalçılardan yaxa qurtarmaq məqsədi ilə qiyamlarından sonra Azərbaycan zadəganlarının köməyi ilə yerli Cəlairi feodalları Azərbaycanda hakimiyyətə gəldi və yeni Cəlairilər dövləti (1359-1410) yarandı.

XIV əsrin sonlarında etibarən Azərbaycan dəfələrlə Teymurilərin hücumlarına məruz qalmış və onların Qızıl Orda ilə olan döyüşlərinin meydanına çevrilmişdir.

1410-1468-ci illərdə Azərbaycanda hakimiyyəti Qaraqoyunlular, 1468-1501-ci illərdə isə Ağqoyunlular sülaləsi ələ almışdır. Bu dövrlərdə Azərbaycan daha da güclənmişdir. 1501-ci ildə Azərbaycanda paytaxtı Təbriz şəhəri olan Səfəvilər dövləti yarandı. Bu sülalənin hakimiyyəti altında tarixdə ilk dəfə olaraq bütün Azərbaycan torpaqları birləşdirildi və vahid Səfəvilər dövləti yarandı. Səfəvilər dövlətinin sərhədləri Amudərya çayından Fərat çayına, Dərbənddən Fars körfəzi sahillərinə qədər uzanırdı. Sırf Azərbaycan dövləti kimi yaranan bu siyasi qurumun rəhbərliyində Azərbaycanın feodal zadəganları dururdu. Bütün rəhbər heyət: hərbi sərkərdələr, əyalət hakimlərinin hamısı Azərbaycan zadəganlarından təyin olunurdu. Səfəvilər dövlətinin rəsmi dili Azərbaycan dili idi. XVI əsrin sonlarında Səfəvilər dövlətinin paytaxtı İsfahana köçdü, onun hökmdarının əsas dəstəkçisi isə fars zadəganları oldular. Azərbaycan zadəganları tərəfindən idarə olunan bu dövlət daha çox farspərəst təmayüllü bir dövlətə çevrildi.

3. Müstəqil Azərbaycan xanlıqları

Azərbaycanın İran və Rusiya arasında bölüşdürülməsi
XVIII əsrin ortalarında İran şahlarının Azərbaycan ərazisindəki hökmdarlığının zəiflədiyi bir dövrdə, ölkə 20 xanlığa parçalandı. Bunlar Ərdəbil, Gəncə, Dərbənd, İrəvan, Cavad, Qarabağ, Qaradağ, Xoy, Maku, Maraga, Naxçıvan, Quba, Bakı, Sərab, Şirvan, Şəki, Təbriz, Talış və Urmiya xanlıqları idi. Bu xanlıqlardan əlavə, Qazax, Səmşədil, İlisu, Ərəş və Qəbələ sultanlıqları da yarandı. Müsəlman azərbaycanlıların və Xristian Albanların məskunlaşdığı Yuxarı Qarabağ, Qarabağ xanlığının ayrılmaz bir hissəsi oldu. Qarabağ xanlığı Kür və Araz çayları arasındakı ərazini əhatə edirdi. Bundan başqa, Qarabağın dağlıq ərazilərində Dizag, Vərəndə, Xacın, Ciləberd və Gülüstan məliklikləri də yarandı. Bu məlikliklər vassal qismində Qarabağ xanlığından asılı idilər.

XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Azərbaycan uğrunda farslar, ruslar və osmanlılar döyüşürdülər. Onların hər biri Azərbaycanın əlverişli geosiyasi mövqeyindən istifadə etmək istəyirdilər. Xanlıqların bəziləri müstəqillik uğrunda mübarizə aparsalar da digərləri öz maraqlarını qorumaq üçün vassal olmaları ilə razılaşmışdılar.

1805-ci il mayın 14-də Kür çayının kənarında İbrahim Xəlil Xanın imzaladığı sənəd əsasında müstəqil Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Bu sənəd indiki dövrdə müəyyən əks-səda yaradıb. Belə ki, bu sənəd Qarabağ xanlıqlarının tarixən Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut edir.

1804-1813-ci illərdə Azərbaycan xanlıqları uğrunda başlanan Rusiya-İran müharibəsi Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi ilə nəticələndi. 1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında imzalanmış Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildi. İkinci Rusiya-İran müharibəsi (1826-1828), 1828-ci il fevralın 10-da imzalanmış və Türkmənçay sülh müqaviləsi ilə nəticələnmişdir. Bu müqavilə, İranın şimali Azərbaycana olan iddialarından əl çəkdiyini təsdiqlədi, Naxçıvan və İrəvan xanlıqları isə Rusiyaya birləşdirildi. Bununla sırf Azərbaycana məxsus qeyd olunan xanlıqlar, Qarabağ xanlığı da daxil olmaqla Rusiyaya birləşdirilmişdir.Xanlar özləri, torpaq sahibləri və s. Azərbaycan əhalisinin və onların yüksək təbəqəli feodallarının etnik tərkibi olublar.

Çar I Nikolayın 1818-ci il martın 1-də imzaladığı fərmana əsasən Naxçıvan və İrəvan xanlıqları ləğv olunur və onların əvəzində "Erməni vilayəti" adlı yeni inzibati vahid yaradılır. Bu vilayətə Rusiyalı rəsmilər başçılıq edirlər. 1849-cu ildə isə bu inzibati vahidin adı dəyişdirilərək İrəvan quberniyası adlandırılır.

1828-1920-ci illər ərzində Azərbaycanın demoqrafik tərkibini dəyişmək və ermənilərin sayını artırmaq məqsədi ilə təxminən 2 milyon insan sürgün edilib və ya öldürülüb. İki halda isə, 1828-ci və 1854-cü illərdə, çar Rusiyası şərqi Anadoluya daxil olub və 100 min ermənini Qafqaza köçürdüb, onlar isə öz növbəsində buradan köçürülən və ya öldürülən türklərin, yəni azərbaycanlıların torpaqlarını ələ keçiriblər.
1877-1878-ci illərdə Türkiyə ilə Rusiya müharibəsi nəticəsində Rusiya Qars-Ərdəhanı ələ keçirərək buradan müsəlmanları köçürüb və 70 min ermənini onların evlərində yerləşdirib. 1895-1896-cı illərdə isə 60 minə yaxın erməni Rusiyanın nəzarəti altında olan Qafqazda məskunlaşdırılıb. Nəhayət, I Dünya müharibəsi zamanı baş verən mühacirətlərin nəticəsində Qafqazda yaşayan 400 min müsəlman şərqi Anadoludan köçürülən 400 min erməni ilə əvəz edilib.

Makkartinin məlumatına əsasən, 1828-1920-ci illər ərzində 560 minə yaxın erməni Azərbaycanda məskunlaşıb. Başqa sözlə, rusların cənubi Qafqazı işğal etməsindən sonra Arazdan şimaldakı Azərbaycan torpaqlarında erməni əhalisinin sayı nəzərə çarpacaq şəkildə artıb.
Qarabağa gəldikdə isə, rəsmi məlumatlara əsasən 1810-cu ildə, yəni Qarabağ xanlığının Rusiyaya birləşdirilməsindən bir müddət əvvəl Qarabağdakı 12000 evdən 9500-ü Azərbaycanlılara, 2500-ü isə ermənilərə məxsus idi. 1823-cü il məlumatlarına əsasən, Qarabağda bir Şuşa şəhəri və 600-ə yaxın kənd var idi. Onlardan 450-si Azərbaycan, 150-si isə erməni kəndi idi. Bu kəndlərin ümumi əhalisi 90 min nəfərə bərabər idi. Şuşada Azərbaycanlılara məxsus təsərrüfatların sayı 1048, ermənilərə isə 474-ə məxsus idi. kəndlərində isə bu rəqəm 12902 və 4331-ə bərabər idi.

XIX əsrin ortalarından etibarən, şimali Azərbaycanda neft sənayesi çiçəklənməyə başlayır. Dünyada birinci sənaye xarakterli neft quyusu 1848-ci ildə Bakıda qazılıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Rusiyada istehsal olunan neftin 95%-nı və dünya neftinin 50 %-nı verirdi. Nobel və Rotşild Azərbaycanda bu sahədə böyük mənfəət əldə edən neft maqnatlarından idilər. Nobel ailəsinin var-dövləti əsasən Azərbaycan nefti sayəsində əldə olunub.

4. Birinci Respublika: Azərbaycan Demokratik Respublikası (1918-1920)

Rusiyadakı 1917-ci il inqilabından sonra, çar imperiyasının zəifləməsi və parçalanması prosesi sürətlənməyə başladı və Rusiyanın ucqar bölgələrində müstəqil dövlətlər yaranmağa başladı. Belə ki, 1918-ci il mayın 28-də Cənubi Qafqazın şərq hissəsində Azərbaycan Demokratik Respublikası elan olundu. Bu İslam şərqində ilk parlamentli demokratiya idi və bu hadisə Azərbaycan millətinin etnik mənşəyinin və dövlətçiliyinin formalaşmasında tarixi rol oynadı. O dövrdə Azərbaycan fraksiyasının lideri Məmməd Əmin Rasul-zadə idi.

Azərbaycan Demokratik Respublikasının həm bir millət həm də dövlət kimi çiçəklənməsində “Azərbaycançılıq” ideyasının əhəmiyyəti böyükdür. Bu ideya müasirlik, İslam, turkçuluk prinsiplərini özündə birləşdirir və Azərbaycan xalqının İslama və Türk mədəniyyətinə sadiq qalaraq, həmçinin özünəməxsus etnik keyfiyyətlərini tərənnüm edərək tərəqqi etməsini tərənnüm edirdi.

Cəmi iki ilə kimi qısa bir müddətdə mövcud olmasına baxmayaraq, çoxpartiyalı Azərbaycan parlamenti və koalisiya hökuməti dövlət quruculuğu, təhsil, ordunun yaradılması, müstəqil maliyyə və iqtisadi sistemlərin inkişaf etdirilməsi sahələrində bir sıra mühüm addımlar atmağa nail oldu və eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən tanındı. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Versal Sülhü ilə Azərbaycan Respublikasını de fakto tanıdı.

1919-cu ilin sonunda və 1920-ci ilin əvvəllərində Azərbaycan Demokratik Respublikasının, həm daxili, həm də xarici arenada vəziyyəti nəzərəçarpacaq şəkildə pisləşdi. Ölkə Antanta, Rusiya və İran arasında mübarizə meydanına çevrildi və bu ölkələrdən hər biri strateji cəhətdən əhəmiyyətli və neftlə zəngin Azərbaycanda üstünlüyə malik olmağa çalışırdılar.

5. İkinci Respublika: Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)

Rusiya Sovet Sosialist Federativ Respublikasının Bolşevik hökumətinin Azərbaycan Demokratik Respublikasını tanımaq istəməməsi, XI Qızıl Ordunun 1920-ci ilin yazında Azərbaycan Demokratik Respublikasının sərhədlərinə yerləşməsi, Daşnaq-Sütunun Qarabağda və Zəngəzurdakı zorakılığı, ermənilərin və bolşeviklərin dinc azərbaycanlı əhaliyə qarşı terrorları və ölkədə mövcud olan sosial və iqtisadi böhranı və bu kimi amillər Azərbaycan Demokratik Respublikasının tənəzzülü və 1920-ci ilin Aprelin 27 və 28-də 11-ci Qızıl Ordu tərəfindən işğalı ilə nəticələndi. Qafqaz cəbhəsinin rəhbərliyinin 11-ci Ordunun komandanlığına göndərdiyi teleqrafda deyilir ki, 1920-ci il Mayın 1-də RSFSR qoşunlarına İran sərhədini keçməmək şərti ilə Rusiya ilə sərhəddə yerləşən Azərbaycanın bütün ərazisinin işğalı əmri verilib.

Növbəti 70 il ərzində, Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olan Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu dövr ərzində Azərbaycan ictimai, iqtisadi və mədəniyyət sahəsində ciddi irəliləyişlər əldə etdi.

Sovet İttifaqı dövründə, Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Demokratik Respublikası dövründə 114000 kvadrat kilometrə bərabər olan ərazi 1920-1921-ci illərdə 86,600 kvadrat kilometrə azaldıldı. Bundan başqa, 1923-cü ilin iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ muxtar vilayəti yaradılır. Muxtar vilayət tarixən azərbaycanlıların yaşadığı Qarabağ ərazisindən süni şəkildə kəsilərək ermənilərin əksəriyyət təşkil etdiyi ərazidə formalaşır. Bu qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış birinci addım olur.

6. Üçüncü Respublika: Azərbaycan Respublikası

1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cı il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə Sovet respublikaları arasında birincilərdən idi.

Bu hərəkatı yatırmaq məqsədilə Mixail Qorbaçovun başçılığı altında 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Onların törətdiyi vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər güvələrinin müstəqillik uğrunda sönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Dövlət Müstəqilliyi bərpa edilməsi haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.

1991-ci ilin oktyabrın 18-də tamamlanmış Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi aktı müstəqil Azərbaycanın dövlətçiliyinin əsaslarını qoydu və onun siyasi və iqtisadi strukturunun prinsiplərini müəyyən etdi. Bu aktla Azərbaycan Respublikası 71 illik fasilədən sonra yenidən müstəqil bir dövlət oldu.

1991-ci ildə Azərbaycan İKT-nın üzvü oldu.1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının, UNECCO-nun və sonradan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin (ATƏM), 1996-cı ildə AŞ-ın, 1997- ildə QUAM-ın üzvü oldu. Bu gün Azərbaycan beynəlxalq və regional təşkilatların əksəriyyətinin tam hüquqlu üzvüdür.