SƏFIRLIK
AZƏRBAYCAN-İNDONEZIYA ƏLAQƏLƏRI
AZƏRBAYCAN RESPUBLIKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
AZƏRBAYCANLILAR XARİCDƏ
ERMƏNISTAN RESPUBLIKASININ
   AZƏRBAYCAN RESPUBLIKASINA
   QARŞI TƏCAVÜZÜ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
BEYNƏLXALQ TERRORÇULUQ :
   ERMƏNİ TERRORÇULUĞU
KONSULLUQ XİDMƏTİ
YENİ NƏŞRLƏR
PRES RELIZLƏR
İNTERNET SƏHİFƏLƏRİ



Təbiət və sərvətlər

1. Coğrafiya

Azərbaycan Qara Dəniz sahillərindən Xəzər dənizi sahilinə qədər 800 km məsafəyə uzanan Qafqazın cənub-şərq hissəsində yerləşir. Avropa və Asiya qitəsinin kəsişməsində yerləşən Azərbaycan özünün coğrafi mövqeyinə görə nadirdir və dünyada iqtisadi və mədəni əlaqələrin inkişafında əhəmiyyətli yer tutur.

Azərbaycan dağlarla əhatə olunur: Şimalda Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi sayılan Bazardüzü (4,466 m) yerləşib, cənub-qərbdə Ermənistan və Gürcüstanadək uzanan və Kiçik Qafqaz Dağları ilə sərhəddə olan silsilə Cənubi Qafqaz Dağları ilə və cənub bölgəsində Talış Dağları ilə əhatə olunub.

 Yay mövsümlərində düzənliklərdə əsasən quru, isti hava uzun müddət davam edir; Yer səthinin forması yarı səhralıqdan ibarətdir, lakin duzlu bataqlıqlardan ibarət yerləri səhra kimi adlandırmaq mümkündür. Yalnız soyuq aylarda yağış yağır və bununla bağlı suvarma işləri aparılmadan kənd təsərrüfatı ilə məşğul olmaq mümkün deyil.

Fərqli olan rütubətli dağlar və quru düzənliklər Azərbaycan təbiətinin əsas təzadları sayılır. Mənzərə quru, isti yarı-səhradan başlayaraq qarlı yüksəkliklərə və buzluqlaradək davam edir.

Kür çayı Azərbaycanda ən böyük çaydır. Kür çayının uzunluğu 1515 (Azərbaycan ərazisindəki uzunluğu 900 kilometrdir) kilometrdir. Kür çayının başlanğıcında 15 km uzunluğunda delta formalaşır və iki qol vasitəsi ilə Xəzər dənizinə axır.Kür çayı daşımaçılıq cəhətdən əhəmiyyətli olan yeganə çaydır.

Azərbaycanın ikinci çayı 1072 km uzunluğu olan Arazdır. Araz çayı 580 km məsafədə Azərbaycanın Türkiyə və İranla təbii olaraq dövlət sərhədini təşkil edir.

Dağ gölləri Göy-Göl (1556 m yüksəklikdə), Böyük və Kiçik Alagöl (2730 m) kimi tektonik və buz əsillidirlər.

Dünyanın ən böyük duzlu gölü Xəzər dənizidir. Lakin Xəzərin ölçüsü və hidroloji xüsusiyyətləri onu dəniz adlandırılmasına imkan verir.

2. İqlim

Azərbaycan relyefi ölkənin əksər bölgələrində isti mötədil iqlimin formalaşması üçün şərait yaradır: Böyük Qafqaz silsiləsi Şimaldan gələn soyuq hava kütlələrinin təbii qarşısının alınmasına qulluq edirsə, Kiçik Qafqaz dağları cənubdan gələn isti tropik havaların qarşısını alır. Lakin, qış mövsümlərində şimaldan Azərbaycan ərazisinə gələn soyuq hava kütlələri fırtına, qarın bərk yağması və şaxtaların olmasına səbəb ola bilər.

11 iqlim zonasından 9-u Azərbaycanda mövcuddur. Hava temperaturun illik ən yüksək dərəcəsi Kür-Araz və Lənkəran düzənliklərində qeydə alınmışdır. Düzənliklərdə qış aylarının orta temperatur dərəcəsi 0 C-dan yüksəkdir, lakin arabir temperatur -20 C-dək enir. Orta Şərqdən gələn quru, isti küləklər və qışın tropik havaları tez-tez kəskin isti havalara səbəb olur.

Havanın ən yüksək temperaturu - 44 dərəcə C Culfada (Naxçıvan) qeydə alınmışdır. Xəzər Dənizindən uzaqlıqda yerləşən və yüksək dağlarla əhatə olunan Naxçıvanın iqlimi kontinental olaraq qiymətləndirilir. Ölkənin nəinki ən yüksək temperaturu, həmçinin ən aşağı temperaturu da Naxçıvanda qeydə alınmışdır. Azərbaycanın düzənlik bölgəsindəki ən aşağı temperatur dərəcəsi (-31 C) Dərvişlər metereoloji stansiyasında qeydə alınmışdır.

3. Flora

Azərbaycan ərazisi 4100-dən çox bitki çeşidlərinin vətənidir. Burada 200-dən artıq bitki yerli bitkilərdir və həmin bitki növlərini Azərbaycan və onunla qonşu olan əraziləri çıxmaq şərti ilə dünyanın başqa yerlərində onlara rastlaşmaq mümkün deyil. Misal üçün Elder şam ağacı və Xəzər Lotosunun adlarını çəkmək mümkündür ki, onlar yalnız Kür çayı deltasında və Rusiya sərhədləri yaxınlığında bitir. Talış meşələrindəki yerli bitki növlərinə isə yalnız İranın şimalında rast gəlmək mümkündür.

Azərbaycan florası xam maddə, ərzaq məhsulları və tikinti materialların mənbəyidir. Buraya təbabətdə istifadə olunan, vitaminlərlə zəngin yabanı meyvə və ot  bitkiləri daxildir. Talış-Lənkəran bölgəsində  tunq, feyxoa və dəfnə plantasiyaları vardır. Kür-Araz ovlaginda  toqay (mogar) meşələri mövcuddur.

4. Fauna

Azərbaycanda 12000-dən artıq heyvan növləri məskən salmışdır, onlardan 92 növü məməli, 350-si quş, 49-u sürünən, yalnız 9-u həm suda, həm də quruda yaşayan amfibiyalardır, 88-i balıq və 10 mini həşərat növləridir.

Xəzər dənizi də özünün su canlıları zəngindir. Burada siyənək, Xəzər qızılbalığı, nərə, ağ nərə balığı, uzunburun, kütüm, cerix növləri kimi balıqlar ovlanır. Kür çayında mövcud 50 balıq növündən 23 növü ticarət əhəmiyyətini daşıyır. Çox nadir suf balığına sahil xəttində rast gəlmək mümkündür. Mart-aprel aylarında cənuba doğru etdikləri miqrasiya zamanı burada suitlərini görmək mümkündür, lakin daha sonra oktyabr, noyabr aylarında həmin canlılar şimala geri dönürlər. Nadir və qiymətli bitki, balıq və heyvan növlərin qorunması məqsədilə qoruqlar yaradılmışdır. Bunlardan ən tanınmışları Zaqatala, Qızılağac, Girkan, Turançay, Qarayazı-Aqstafa, Quba-Qusar, Göy-Göl, Laçın, Bəndovan qoruqlarıdır. 100-dən artıq heyvan növləri Azərbaycanın "Qırmızı Kitabına" salınmışdır.

5. Təbii sərvətlər

Azərbaycan başda neft olmaqla müxtəlif mineral ehtiyatlarla zəngindir. Neftin əsas yataqları Abşeron yarımadası və Xəzər dənizi şelfindədir. Neftin böyük ehtiyatları Abşeron suların cənubunda kəşf edilmişdir. Abşeron yarımadasının şimalında - Siyəzəndə və Abşeronun qərbində və cənub - qərbində - Qobustan, Şirvan və Salyandakı neft mənbələri ən perspektivli strukturlara malikdirlər. Gəncə yaxınlığındakı Naftalan yataqlarında özünəməxsus xüsusiyyətə malik, təbabətli neft mədənləri vardır. Neftlə bərabər çıxan təbii qazın mövcudluğu da böyük əhəmiyyət daşıyır.

Azərbaycan dünyanın ən qədim neft hasil edən ölkələrdən biridir. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində ölkənin neft sənayesində nəzərə çarpıcı inkişaf baş vermişdir. İkinci Dünya Müharibəsi dövründə Azərbaycan Sovet Respublikası hər gün 500 min barel neft istehsal edirdi.

Müstəqillik dövründə Azərbaycanın neft sahəsində aparılan tədqiqatlar və istismar işləri neft sənayesində başlanan yeni mərhələnin nişanəsi kimi qiymətləndirilir.

Azərbaycan 90-cı illərin ortalarından neft strategiyasını həyata keçirir. 20 sentyabr 1994-cü ildə Azərbaycan dünyanın ən böyük 14 neft şirkəti ilə 30 il müddətinə Əsrin Müqaviləsini imzalamışdir. Ümummilli Liderimiz Heydər Əliyevin layihələşdirdiyi enerji siyasətinin nəticəsi kimi 1750 kilometrlik Bakı-Tibilisi-Ceyhan neft kəməri (BTC) Xəzər neftini dünya bazarlarına çatdırır.

Azərbaycan 11-30 trilyon kub fut həcmində təsdiqlənmiş təbii qaz ehtiyatlarına malikdir (mənbələrdən asılı olaraq). Lakin bir çox Xəzər dənizinin ofşor yataqlarından neftlə bərabər çıxarılan qazın ötürülməsi üçün kifayət qədər infrastrukturların olmaması səbəbindən həmin qazlar yandırılır.

1999-cı ildə bütün neft layihələrini müşayiət edən birgə qaz istismarının planlaşdırılmasına dair qanun qəbul olunmuşdur. 1999-cu ilin oktyabrında ARDNŞ və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında təbii qazın ətraflı öyrənilməsində yardım göstərilməsi məqsədilə 425 min ABŞ dollarlıq saziş imzalanmışdır.

1999-cu ildə aşkar edilmiş Şah Dəniz yatağındakı qaz ehtiyatları 25-dən 39 trilyon kub fut arasında olması, həmin yatağın son 20 il ərzində ən böyük kəşf kimi qiymətləndirilir.

Şah Dəniz yatağının inkişafı və infrastrukturların yaradılması üçün tələb olunan xərclərin dəyəri 4,5 milyard ABŞ dolları həcmində qiymətləndirilib və ilk hasilat 2006-cı ildə başlanacaqdır. Oradakı qaz hasilatının illik həcmi 286 milyard kub fut olması gözlənilir.

Azərbaycanın digər qaz yatağı - Naxçıvan yatağındakı qaz ehtiyatlarının həcmi 900 milyard kub fut olaraq qiymətləndirilir. Digər qaz ehtiyatına malik yataq - Günəşli yatağıdır.

Azərbaycanda qaz hasilatının 95%-dən artığı ofşor yataqların üzərinə düşür. Hazırda Bahar təbii qaz yatağındakı qaz ehtiyatı Azərbaycanda qaz hasilatının 40%-dən artıq təşkil etməsinə baxmayaraq, yeni qazma işlərin aparılmaması səbəbindən hasilatın həcmi burada enməkdədir. Gözlənilir ki, gələcəkdə Naxçıvan, Günəşli və Şah Dəniz yataqlardakı məhsulun həcmi artacaqdır. Hazırda Azərbaycanın təbii qazının 85%-i ARDNŞ istehsal edir və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına az miqdarda neftlə bərabər çıxarılan qazın hasilatıdır.

Azərbaycanın böyük kömür ehtiyatlarına malik olmaması səbəbindən burada kömür hasil olunmur. Azərbaycan yalnız kiçik həcmdə kömürdən istifadə edir və kömür istehlakı 1992-ci ildə 26,400 tondan 2000-ci ildə 1,100 tonadək azalmışdır.

Bununla yanaşı Azərbaycan dəmir, alüminium filizləri, kolçedan və arsen ehtiyatları ilə zəngindir. Balakən vadisinin yuxarı hissəsindəki Filizçay polimetal filiz ehtiyatları sənaye əhəmiyyətlidir. Kiçik Qafqaz dağlarında zəngin dəmir (Daşkəsən) və alunit ehtiyatları vardır.

Qonşu Daşkəsən-Gəncə bölgəsində böyük miqdarda kobalt və pirit filizləri mövcuddur.

Naxçıvan duz və polimetallarla zəngindir. Nehrəmdəki tuz ehtiyatlarının həcmi 2-2,5 milyard ton qiymətləndirilir. Paraqaçayda molibden, Nehrəmdə isə arsenik filizləri çıxarılır.

İnşaatda istifadə edilən mineral ehtiyatlar Azərbaycanda mövcuddur. Kiçik Qafqaz dağlarının yamaclarında mərmər daşları çıxarılır. Çınqıl, qum, əhəng, oda-dözümlü kərpic gili, giltorpaq ehtiyatları Abşeron yarımadasında mövcuddur. İnşaat daş karxanasının ehtiyat həcmi 300 milyard ton (Güzdək, Mərdəkan, Dövletyarı, Dilaqarda, Şahbulaq, Naftalan, Daş Salahlı), üzlük tikinti daşların (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gilablı) həcmi isə 24 milyon ton təşkil edir.

İsti və mineral su bulaqların sayı minlərcədir. İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şixburnu, Suraxanı suları - ən tanınmış müalicəvi su mənbələridir.