Əhali, mədəniyyət və din
1. Demoqrafiya
1.1. Əhali:
9.000 000 milyon
1.4. Əsas etnik qruplar :
|
Azərbaycanlılar |
7,205,500 |
90.6% |
|
Ləzgilər |
178,000 |
2.2% |
|
Ruslar |
141,700 |
1.8% |
|
Ermənilər |
120,700 |
1.5% |
|
Talışlar |
76,800 |
1.0% |
|
Avarlar |
50,900 |
0.6% |
|
Məshəti türkləri |
43,400 |
0.5% |
|
Tatarlar |
30,000 |
0.4% |
|
Ukraynalılar |
29,000 |
0.4% |
|
Saxurlar |
15,900 |
0.2% |
|
Gürcülər |
14,900 |
0.2% |
|
Kürdlər
Tatlar |
14,800
10,900 |
0,2%
0.13% |
|
Yəhudilər |
8,900 |
0.1% |
|
Udinlər |
4,200 |
0.05% |
|
Digərlər |
9,500 |
0.12% |
2. Xalq və ənənələr
Cənubi Qafqaz respublikaları arasında əhalinin sıxlığına görə Azərbaycan birincidir. Ölkədə 8 milyondan artıq əhali var ki, bunun da 300,000 nəfəri Naxçıvan Muxtar Respublikasında yaşayır. Azərbaycanlılar Cənubi Qafqaz etnik xalqlarının Xəzər qoluna aiddirlər. Onların möhkəm bədən quruluşu var, qarayanız və orta boyludurlar. Sifətiləri ensiz və burunları balacadır, gözləri çox hallarda şabalıdı olur. Azərbaycan dili türk dilləri qrupuna aiddir. Digər nisbətən böyük etnik qrupu ruslar təşkil edir. Onlar Azərbaycana XIX əsrin əvvəllərində çar hökumətinin Ukrayna və Rusiyanın uzaq bölgələrindən duxobor, molokan və digər sektantların deportasiyası nəticəsində gəlmişlər. XX əsrin əvvəllərində onların Bakı və Yelizavetpolun (Gəncə) müxtəlif rayonlarında qəsəbələri var idi. Azərbaycanda yaşayan digər etnik qruplar arasında ləzgilər, avarlar, udinlər, saxurlar, tatlar, kürdlər, talışlar, tatarlar və gürcülər vardır. Əhalinin 80 faizi kənd təsərrüfatı üçün əlverişli olan, böyük sənaye mərkəzləri yerləşən və irriqasiya sistemləri inkişaf edən ovalıqlarda cəmləşmişdir. Bu zonaya Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqları, həmçinin Gəncə-Qazax, Arazyanı çökəkliyi və Abşeron yarımadası daxildir. Azərbaycan milli ənənələrini yaxşı qoruyub saxlamaqdadır. Dini bayramlar - Qurban və Ramazan bayramları həmişəki kimi qeyd olunurlar. Novruz bayramı ən qədim bayram olan Bahar bayramıdır. O yazda, gecə və gündüzün bərabər olduğu gün - mart ayının 21-22 qeyd olunur. Novruz təbiətin oyanması və bolluq simvoludur. Azərbaycanda təbiətin zənginliyi və müxtəlifliyi sənətkarlıq və əl işi ilə bağlı istehsalın, dulusçuluq, misgərlik, pambıq, yun, ipək istehsalı, xalçaçılıq, zərgərlik, taxta, daş və metal işləmənin inkişafını həvəsləndirmişdir. Azərbaycanda xalçaçılıq ənənəvi ticarət növüdür. Xalçaçılıq Quba, Şirvan, Qazax, Qarabağ və Bakıda inkişaf etmişdir və etdirilməkdədir. Azərbaycanın milli kostyumları, incəsənəti, musiqisi, rəqsləri və ləzzətli mətbəxi ilə də tanınmışdır.
3. Din
3.1. Atəşpərəstlik
Azərbaycanda ilk din atəşpərəstlik olmuşdur. Manna xalqı təbii hadisələrə - Günəş və Aya inanırdı. Rəsmi din olan Zərdüştlük beş pərəstiş üzərində qurulmuşdur ki, onların da yayılması qeyri-iradi yanan dayaz neft yataqlarının və çıxan qazların köməyi ilə təbliğ olunurdu. Sitayiş yeri Ahura Məzda və ya Hörmüz idi. Ahura Məzda xeyirxahlıq təcəssümüdür, müqəddəs, ali varlıqdır və bütün mövcudatın yaradıcısıdır. Hörmüz xeyirxah, Əhriman isə şər qüvvə idi.
3.2. Xristianlıq
Qafqazda və Azərbaycanda Xristianlığın yayılması bizim eranın əvvəllərindən başlamışdır. Albaniyada Xristianlıq iki mərhələni əhatə etmişdir: Apostol (I – III əsrlər) və Yunanpərəst ( IV - VI əsrlər). Bundan sonra Alban Kilsəsinin Alban milli inkişafını dəstəkləməsi Alban yazı dilinin və ədəbiyyatının təşkilatlanması ilə nəticələndi. Hazırda Alban Apostol Kilsəsinin Qafqazda ən qədim kilsə olması heç şübhə doğurmur. Onun inkişaf yolu Erməni Kilsəsindən müəyyən qədər fərqlənir. Alban Kilsəsi (eləcədə Gürcü Kilsəsi) birbaşa Qüds Kilsəsi və Qüds Patriarxatlığı ilə bağlı olduğu halda, Erməni Kilsəsinin başlanğıcı Ellin Ospoendən və Kappadokiyadan gəlir. Albaniyada ilk Xristian icmasının başlanğıcı Apostollar Faddey, Bartolomey və Yeliseylə bağlıdır. Alban Katolikosu Erməni və Gürcü Katolikoslarından fərqli olaraq heç kimə tabe deyildir. Erməni Kilsəsinin təhriki ilə Rusiya hökumətinin Alban Patriarxallığını ləğv etməşdən əvvəl - 1836-cı ilə kimi Qarabağın dağlıq hissəsində yaşayan albanlar öz Xristianlığını qoruyub saxlaya bilmişdilər.
3.3. İslam
Azərbaycana İslam VII əsrdə ərəblər tərəfindən gətirilmişdir. Hazırda 8 milyondan çox olan əhalinin 93 faizi müsəlmandır və bu çoxluğun 65-75 faizi Şiə ənənələrinə bağlıdır.
1976-cı ildə ölkədə qeydiyyatda olan 16 məscid və bir mədrəsə var idisə, Sovet dövrünün sonuna bu rəqəm 200-dək qalxdı. Hal-hazırda bu rəqəm dramatik sürətdə qalxaraq 1300-ə çatmışdır. Ölkədə İslam məktəbləri, İslam Universiteti və Bakı Dövlət Universiteti nəzdində İlahiyyat Fakültəsi fəaliyyət göstərir.
|