SƏFIRLIK
AZƏRBAYCAN-İNDONEZIYA ƏLAQƏLƏRI
AZƏRBAYCAN RESPUBLIKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
AZƏRBAYCANLILAR XARİCDƏ
ERMƏNISTAN RESPUBLIKASININ
   AZƏRBAYCAN RESPUBLIKASINA
   QARŞI TƏCAVÜZÜ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
BEYNƏLXALQ TERRORÇULUQ :
   ERMƏNİ TERRORÇULUĞU
KONSULLUQ XİDMƏTİ
YENİ NƏŞRLƏR
PRES RELIZLƏR
İNTERNET SƏHİFƏLƏRİ



Ümumi məlumat


1. Dövlət rəmzləri

1.1. Bayraq

General Information



     Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir.

1.2 Gerb

General Information


      Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın - türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir. Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının - Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur.

1.3. Milli himn



General Information Musiqisi: Üzeyir Hacıbəyov
Sözləri : Əhməd Cavad

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!



2. Ümumi məlumat

2.1 Yerləşdiyi yer:Azərbaycan Respublikası Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası şimaldan Rusiya Federasiyası, cənubdan İran İslam Respublikası, qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir.

2.2 Dövlətin rəsmi adı:Azərbaycan Respublikası.

2.3 Paytaxtı:Əhalisi 2,036 milyon nəfər olan Bakı şəhəridir.

2.4 Dövlət dili:Azərbaycan dili.

2.5 Din:Din dövlətdən ayrıdır və bütün dinlər qanun qarşısında bərabərdir.

2.6 Pul vahidi:Manat. 1 ABŞ dolları = 0.8036 manat.

2.7 Əhalisi:9 000 000 nəfərdir.

3. Milli bayramlar
1 Yanvar - Yeni il
8 Mart - Qadınlar günü
20-21 Mart - Novruz bayramı
9 May - Faşizm üzərində qələbə
28 May - Respublika günü
15 İyun - Milli qurtuluş günü
26 İyun - Silahlı qüvvələr günü
18 Oktyabr - Milli müstəqillik günü
12 Noyabr - Konstitusiya günü
17 Noyabr - Milli dirçəliş günü
31 Dekabr - Ümumdünya azərbaycanlılarının həmrəylik günü

Qurban və Ramazan bayramları: keçirilmə tarixləri hər il qəməri təqvimlərinə uyğun olaraq dəyişir.

4. Xatirə günləri
20 yanvar - Şəhidlərin Xatirə günü
26 fevral - Xocalı Soyqırımı
31 mart - Azərbaycanlıların Soyqırımı

5. Ərazisi

5.1 Ərazisi: 86,600 km2

5.2 Quru sərhədlərinin uzunluğu: 2,646 km

5.3 Həmsərhəd dövlətlərlə olan sərhədlərin uzunluğu: Ermənistanla - 1007 km, Gürcüstanla - 480 km, İranla - 756 km, Rusiya ilə - 390 km, Türkiyə ilə - 13 km.

5.4 İnzibati bölgü

5.4.1 Muxtar Respublika
Naxçıvan Muxtar Respublikası
Respublikanın tərkibinə 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.