SƏFIRLIK
AZƏRBAYCAN-İNDONEZIYA ƏLAQƏLƏRI
AZƏRBAYCAN RESPUBLIKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
AZƏRBAYCANLILAR XARİCDƏ
ERMƏNISTAN RESPUBLIKASININ
   AZƏRBAYCAN RESPUBLIKASINA
   QARŞI TƏCAVÜZÜ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
BEYNƏLXALQ TERRORÇULUQ :
   ERMƏNİ TERRORÇULUĞU
KONSULLUQ XİDMƏTİ
YENİ NƏŞRLƏR
PRES RELIZLƏR
İNTERNET SƏHİFƏLƏRİ



Azərbaycan Respublikasının Milli Məclisinin Sədri

Oqtay Sabir oğlu Əsədov


2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.

1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir.

1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi

1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur.

1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti

2004–2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Beynəlxalq Su Assosiasiyasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir.

MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Rus və ingilis dillərini bilir.

Evlidir, iki övladı var