SƏFIRLIK
AZƏRBAYCAN-İNDONEZIYA ƏLAQƏLƏRI
AZƏRBAYCAN RESPUBLIKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
AZƏRBAYCANLILAR XARİCDƏ
ERMƏNISTAN RESPUBLIKASININ
   AZƏRBAYCAN RESPUBLIKASINA
   QARŞI TƏCAVÜZÜ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
BEYNƏLXALQ TERRORÇULUQ :
   ERMƏNİ TERRORÇULUĞU
KONSULLUQ XİDMƏTİ
YENİ NƏŞRLƏR
PRES RELIZLƏR
XƏBƏRLƏR
İNTERNET SƏHİFƏLƏRİ



Azərbaycan Respublikası xarici siyasətinin prioritetləri


  • Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;


  • Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsinə yönəldilmiş müstəqil xarici siyasət yeritmək;

  • Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldilmiş təhdid və təhlükənin aradan qaldırılması;

  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Lissabon sammiti prinsipləri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;

  • Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;

  • Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;

  • Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;

  • Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;

  • Nüvə silahlarının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;

  • Xəzər dənizi hövzəsinin demilitarizasiyası;

  • NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq təsisatlarına inteqrasiya;

  • Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;

  • Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək.