SƏFIRLIK
AZƏRBAYCAN-İNDONEZIYA ƏLAQƏLƏRI
AZƏRBAYCAN RESPUBLIKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
AZƏRBAYCANLILAR XARİCDƏ
ERMƏNISTAN RESPUBLIKASININ
   AZƏRBAYCAN RESPUBLIKASINA
   QARŞI TƏCAVÜZÜ
AZƏRBAYCANLILARIN SOYQIRIMI
BEYNƏLXALQ TERRORÇULUQ :
   ERMƏNİ TERRORÇULUĞU
KONSULLUQ XİDMƏTİ
YENİ NƏŞRLƏR
PRES RELIZLƏR
İNTERNET SƏHİFƏLƏRİ



Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.

1977-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.

1982-ci ildə MDBƏİ-ni bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə həmin institutu bitirdikdən sonra beynəlxalq münasibətlər və tarix elmləri üzrə elmlər namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə Moskva və İstanbul şəhərlərində özəl biznes sahəsində çalışmışdır.
1994-cü ilin may ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 1-ci müavini təyin olunmuşdur.
1995-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.
1997-ci ildən etibarən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cü ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilmişdir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmiş, 2004-cü ilin aprelində isə AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı - oğlu və iki qızı var.